USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın bu aeroportlarına azərbaycanlıların adları verilir

12.11.2018 İqtisadiyyat
0 0
Rusiyanın Tümen vilayətinin aeroportlarına iki azərbaycanlının adları verilə bilər. "Novıy Urenqoy” aeroportuna Sabit Orucov, "Nijnevartovsk” və "Surqut” hava limanlarından birinə Fərman Salmanovun adlarının verilməsi təklif olunub.

"Kommersant.az" xəbər verir ki, Rusiya hava limanlarına dahi rusiyalıların adlarının verilməsinə dair əhali arasında keçirilən sorğu başa çatıb. Tümen vilayətində aeroportlara digər tanınmış şəxslərlə yanaşı, Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarının verilməsi təklif olunub. Sorğunun nəticələrinə görə tərtib edilmiş siyahıya əsasən, Fərman Salmanovun adı iki siyahıya - vilayətin "Nijnevartovsk" və "Surqut", Sabit Orucovun adı isə "Novıy Urenqoy" hava limanlarında adları əbədiləşdiriləcək tanınmış şəxslərin sırasına daxil edilib.

Namizədlər siyahısına Xantı-Mansiysk Muxtar Dairəsinin keçmiş qubernatoru Aleksandr Filippenko, kimyaçı alim Dmitri Mendeleyev, tanınmış neftçi Viktor Muravlenko və başqaları da daxildir.

Xatırladaq ki, Rusiyada aeroportlara dahi rusiyalıların adlarının verilməsinə dair layihə həyata keçirilir. Layihə çərçivəsində ümummilli müsabiqə elan edilib. Noyabrın 12-dək davam etmiş sosioloji sorğu nəticəsində hər aeroport üçün üç namizəd seçilib. Noyabrın 30-dək ölkə əhalisi internet vasitəsilə səs verəcək. Bir Rusiya vətəndaşının yalnız bir aeroportun bir namizədinə səs vermək imkanı var. Səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.

  • Əvvəlki

    Dünya Bankı ilə 200 milyon dollarlıq saziş

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0