USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan avtobusları vergiyə cəlb olunacaq

16.11.2018 İqtisadiyyat
0 0
Azərbaycana idxal olunan avtobuslar aksiz vergisinə cəlb edilə bilər.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Avtobuslar
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrə görə - 2 manat
- Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8000 manat + mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
- Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16000 manat + mühərrikin həcminin 6001-8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədək olduqda 28000 manat + mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədən çox olduqda 44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

report

  • Əvvəlki

    Azərbaycanda bu yol ödənişli olacaq

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0