Cari ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 5 milyon 407 min 310 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 444 milyon 873 min ABŞ dolları olub.
"Kommersant.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, on ayda dəmir yolu nəqliyyatı ilə ixrac edilən 1 milyon 794 min 978 ton yükün dəyəri 634 milyon 999 min dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 3 milyon 612 min 331 ton, dəyəri isə 1 milyard 809 milyon 874 min dollar təşkil edib.