USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

06.01.2019 Vakansiya
0 0
Bank Respublika ASC IT Departamentinin İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (yaxşı);
  • Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Ümumi vəzifə öhdəlikləri:

  • Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
  • Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
  • Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
  • Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
  • Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Rəqabətli əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 yanvar 2019-cu iltarixinədək, email-in mövzu hissəsində İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) qeyd edərək[email protected] elektron ünvanına göndərə bilərlər.

  • Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  • Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Əvvəlki

    Almaniyada işsizlik artıb

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0