USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank" işçi axtarır - VAKANSİYA

05.06.2018 Vakansiya
0 0
"AFB Bank" Kreditlərin təhlili departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
• Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi;
• Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər;
• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlər və qaydalar barədə biliklər;
• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
• Müxtəlif biznes sahələrinin və bazar vəziyyətinin təhlili üzrə biliklər;
• Analitik düşünmə bacarığı və detallara diqqətli ola bilmək qabiliyyəti;
• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;

İŞİN TƏSVİRİ:

• Struktur vahidin işini qurmaq, idarə etmək və əməkdaşların işinə nəzarət etmək;
• Kredit müraciətlərinin vaxtında təhlil və icra olunmasını təmin etmək;
• Filial tərəfindən aparılmış kredit analizi və maliyyə təhlilinin keyfiyyətini yoxlamaq və təkrar analiz edərək rəy bildirmək;
• İri kreditlərin qiymətləndirilməsi və monitorinqlərdə iştirak etmək;
• Kredit məhsullarının yaradılmasında iştirak etmək;
• Kredit reytinq və skorinq sistemlərinin qurulmasında iştirak etmək;
• Daşınar və daşınmaz əmlak bazarını daima araşdırmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili departamentinin direktoru” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsini xahiş edirik.

  • Əvvəlki

    "Nikoil Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0