USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank" işçi axtarır - VAKANSİYA

17.08.2018 Vakansiya
0 0
AFB Bank Risklərin idarə edilməsi departamentinin iqtisadçı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Risklərin idarə edilməsi departamenti - İqtisadçı mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (İqtisadiyyat, Maliyyə, staristika, Bank işi, Dünya iqtisadiyyatı üzrə);

• Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;

• Makro iqtisadi biliklər;

• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;

• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;

• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün makro iqtisadi risklərin mitiqasiyası üçün təkliflər verir;

• Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;

• İqitisadi siyasətin, o cümlədən fiskal və monetar siyasət ssenarilərinin maliyyə bazarlarına mümkün təsiri kanallarını tədqiq edir;

• Maliyyə bazarlarında stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi departamentinin iqtisadçı mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

  • Əvvəlki

    Unibank Mobile istifadəçilərinin sayı 200 mini keçib

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0