USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Satış üzrə analitik tələb olunur - VAKANSİYA

28.09.2018 Vakansiya
0 0
"PASHA Life" Satış departamentinə satış üzrə analitik vəzifəsi yerinə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 03 oktyabr 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatları vahid məlumat bazasına toplanması;
2. İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
3. Hesabat məlumatlarının reallığının, düzgünlüyün və tamamlığın yoxlanılması və təmin olunması;
4. Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
5. Məlumatların düzgün klassifikasiyasının və qruplaşdırılmasının təşkil olunması;
7. Sığorta bazarına və şirkətin strategiyasına uyğun potensial müştəri profilinin müəyyənləşdirilməsi;
8. Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.

Namizədə olan tələblər:

İş təcrübəsi : Məlumat bazaların təhlili və (və ya) idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;

Təhsili/ixtisası : Riyaziyyat, Kibernetika, İqtisadiyyat, Statistika və ya İnformasiya Sistemləri istiqamətləri üzrə bakalavr dərəcəsi tələb olunur;

Dil bilikləri : İngilis dilini yaxşı səviyyədə bilməlidir;

Kompüter bilikləri : Çox yaxşı dərəcədə MS Excel və MS Power Point;

Üstünlüklər: MySQL, SQL, Power BI, proqram təminatlarından hər hansı biri ilə iş təcrübəsi üstünlükdür

Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı, analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Satış üzrə analitik” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    "Express Bank" aparıcı mütəxəssis axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0