USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ayda 1500 manat qazanmaq istəyənlərin nəzərinə - VAKANSİYA

15.10.2018 Vakansiya
0 0
"General Supply" şirkəti baş mühasib vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Vəzifənin adı : Baş mühasib

İş barədə məlumat

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət etmək.
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
- Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

Namizədə tələblər

- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;
- 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
- Stresədavamlı, tələbkar, məsuliyyətli;
- Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazışma bacarığı;
- Vergi qanunvericiliyi bilmək;
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək.

Əmək haqqı məbləği: 1500 AZN

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq, CV-i [email protected] elektron ünvanına göndərin.

  • Əvvəlki

    İrandan güc nümayişi

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0