Bu gün qədər mağazalarda alış-veriş zamanı məhsulları yığmaq üçün pulsuz verilən paketlər artıq pullu olacaq.
"Kommersant.az" xəbər verir ki, Türkiyədə paketlərin pulla satıılması ilə bağlı qərar qüvvəyə minib. Yanvar ayının 1-dən etibarən qüvvəyə minən qanuna əsasən vətəndaşlar mağazadan alınan malları paketə qoymaq üçün əlavə 25 kuruş ödəməlidir.
Qanuna görə paketləri pulsuz verən mağazalar cərimələnəcək. Qeyd edək ki, paketlərin pullu edilməsi ilə bağlı qərar ətraf mühitin qorunması məqsədi ilə qəbul olunub.
Onu da vurğulayaq ki, sözügedən qərarın Azərbaycanda da tətbiq olunacağı gözlənilir.