USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

95 milyard dolları olan Bill Qeyts hamburqer almaq üçün növbəyə durdu - FOTOLAR

19.01.2019 İqtisadiyyat
0 0
“Microsoft”un sahibi Bill Qeyts ABŞ-ın Vaşinqton ştatındakı Sitl şəhərində hamburqer almaq üçün növbəyə durub.

"Kommersant.az" Ölkə.Az-a istinadən xəbər verir ki, Qeytsin fotoları sosial şəbəkədə maraqla qarşılanıb. Fotoları isə ABŞ-da yaşayan Mayk Qeylos adlı şəxs çəkib.

Foto: Mike Galos/Facebook

Foto: Mike Galos/Facebook

Bill Qeyts 1995-ci ildən 2017-ci ilə qədər "Forbes" jurnalında yayımlanan "dünyanın ən varlı adamları" siyahısına 22 il liderlik edib. 2017-ci ildə isə "Amazon"un qurucusu Ceff Bezos liderliyi ələ alıb.

Qeyts varlı olmaqla yanaşı, xeyriyyə işləri ilə də çox məşğul olur. 2018-ci ilin məlumatlarına əsasən, 95.4 milyard dollar sərvəti olan Qeytsin qurduğu "Bill və Melinda Qeyts" xeyriyyə cəmiyyəti dünyanın ən zəngin xeyriyyə cəmiyyətidir. 2013-cü ildə cəmiyyətin 34.6 milyard dolları var idi.

  • Əvvəlki

    Bu yollarda olan sürücülərin NƏZƏRİNƏ - VİDEO

Digər xəbərlər