USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan Türkiyəyə mesaj: - “Dost dar gündə tanınar”

27.01.2019 İqtisadiyyat
0 0
Türkiyə və türk xalqı ilə münasibətlərin inkişafı rəsmi Tehranın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Bunu türkiyəli iş adamları ilə görüşündə İran Prezidentinin köməkçisi Məhəmməd Nəxavəndian deyib. O, islam dünyasının İranla Türkiyənin yaxın münasibətləri sayəsində qüdrətli bir hala gələcəyini söyləyib:

"ABŞ sanksiyalarından qaynaqlanan təzyiqlər qısa müddətdə bitəcək. Dost dar gündə tanınar. ABŞ təhdidlərinin səs-küyü çoxdur, ancaq məqsədə çatmaqda uğur qazana bilmirlər. Tramp rəhbərliyi daxildə xeyli problemlə qarşı-qarşıyadır və okeanların o tayından planlarını əsla tətbiq edə bilməyəcək".