USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Walmart-ın sahibi Walton ailəsi dünyanın ən varlısı oldu

17.05.2018 İqtisadiyyat
0 0
Dövriyyəsinə görə dünyanın ən böyük şirkəti olan "Walmart"ın sahibi Walton ailəsi "Sunday Times" tərəfindən yayımlanan dünyanın ən varlı 100 adamı siyahısında birinci yerə çıxıb.

"Kommersant.Az" xəbər verir ki, İngiltərədə nəşr edilən qəzet, Walton ailəsinin cəmi sərvətinin 175 milyard dollar olduğunu açıqlayıb. Fərdi olmasa da, ailə, dünyanın ən varlı adamı olan Amazon-un qurucusu Cef Bezosun 112 milyard dollarlıq sərvətini geridə qoymuşdur.

ABŞ-da siyasi baxımdan nüfuzları olan Charles və David Koch qardaşları da 120 milyard dollar məbləğindəki sərvətilə 2-ci yeri tuturlar.

Eyni zamanda, dünyanın ən varlı qadını Walton ailəsindədir. Walmart-ın qurucusu Sam Walton-un qızı olan 68 yaşlı Alisa Walton 40 milyard dollardan artıq varidata sahibdir.

Bu gün 2.3 milyon insanın çalışdığı, 11 mindən çox mağazası ilə illik 500 milyard dollardan çox dövriyyə edən Walmart ilk mağazasını 1962-ci ildə Arkanzasda açmışdır.

Walmart-ın banisi olan Sam Walton, Kolumbiyadan iqtisadiyyat bakalavr diplomuna sahibi olmasına baxmayaraq ofisiantlıq, kuryer, küçə ticarəti kimi işlərdə təcrübə qazanıb.