USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil bazarında yeni ortaqlıq

19.07.2018 İqtisadiyyat
0 0
Ucuzlaşma olacaq.

"Kommersant" xəbər verir ki, ABŞ-ın Avropa Birliyindən gətirilən avtomobillərə tətbiq etmək istədiyi 25%-lik rüsuma qarşı AB Yaponiya ilə müqavilə imzalayıb. Belə ki, tərəflər arasında bağlanan açıq ticarət sazişinə görə 2019-cu ildən etibarən tərəflər arasında gömrük vergisi ləğv ediləcək.

Bu da öz növbəsində avtomobil sektoruna əsaslı təsir edəcək. Sazişin şərtlərinə görə, Yaponiyadan AB-ə və Türkiyəyə idxal edilən avtomobillərə tətbiq olunan 10%-lik, avtomobil hissələrinə uyğulanan 3% vergi qaldırılacaq. Ekspertlərin sözlərinə görə, nəticədə yapon istehsalı avtomobillər 10% ucuzlaşacaq.