“McDonalds” məşhur sendviçinin şərəfinə valyuta buraxacaq.
"Kommersant.az" xəbər verir ki, nəhəng "fast food" şirkətlərindən biri olan "McDonalds"ın "Big Mac" sendviçinin bu gün 2 yaşı tamam olur. Şirkət sendviçin "doğum günü" şərəfinə "MacCoin" adlı öz pul vahidini buraxacağını elan edib.
İctimaiyyətə verilən məlumata görə, "MacCoin" ABŞ ərazisində yerləşən 14 min kafe başda olmaqla, dünyanın müxtəlif yerlərində mövcud olan minlərlə restoran zəncirində istifadəyə buraxılacaq. Sözügedən sikkə 5 fərqli dizaynda təqdim olunacaq.