USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobuslara çip yerləşdiriləcək

03.08.2018 İqtisadiyyat
0 0
Sərnişindaşımada yenilik tətbiq edilir

"Kommersant.az" xəbər verir ki, Türkiyə hökumətinin yaydığı məlumata görə, hava nəqliyyatında olduğu kimi avtobuslarda da daşınan sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ən üst səviyyəyə qaldırılacaq.

Belə ki, yeni hökumətin qəbul etdiyi qərara əsasən, avtobuslardan istifadə edəcək bütün sərnişinlərin qeydiyyatı "e-dövlət" adlı yeni sistemlə aparılacaq. Bununla da başqasının yerinə bilet almaq, yoldan sərnişin götürmək dövrü də bitəcək.

Türkiyənin Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, qeydiyyatda olan bütün marşrut və avtobuslara çip yerləşdiriləcək. Nazirlik, sonda mərkəzdən bütün nəqliyyatlara nəzarət imkanı yaradılacağına və sərnişindaşımada tətbiq edilən əhəmiyyətli yeniliyin müsbət nəticələr verəcəyinə inandıqlarını bildirib.

  • Əvvəlki

    ABŞ-Türkiyə nazirləri görüşüb - SANKSİYALAR MÜZAKİRƏ OLUNUB

Digər xəbərlər