USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İndoneziyada zəlzələ nəticəsində həlak olanların sayı 380-ni ötüb

12.08.2018 İqtisadiyyat
0 0
İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 387 nəfərə çatıb.

"Kommersant.az" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyi (BNPB) məlumat yayıb.
Əvvəllər 347 nəfərin həlak olduğu bildirilmişdi.
Agentliyin məlumatına görə, dağılmış binalar altında və torpaq sürüşmələri baş verən ərazilərdə həlak olanlar tam aşkar edilmədiyindən qurbanların sayı daha çox ola bilər. Eyni zamanda, yerli hakimiyyət orqanları tərəfindən ölüm halları barədə tam məlumatların verilmədiyi də istisna edilmir.
BNPB-nin məlumatına görə, zəlzələ nəticəsində 13 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 387 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, ötən həftə İndoneziyanın Lombok adası yaxınlığında güclü silsilə zəlzələlər baş verib.

  • Əvvəlki

    Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0