USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzərin yeraltı sərvətləri bölünəcək - RAZILIQ ƏLDƏ OLUNA BİLƏR

13.08.2018 İqtisadiyyat
0 0
Görüşdə Azərbaycan prezidenti də iştirak edib.

"Kommersant.az" xəbər verir ki, Xəzərin statusu haqqında konvensiyanın imzalanması beynəlxalq hüquqa böyük töhfədir.

Belə ki, ötən gün Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin görüşü keçirilib və görüşdə region üçün tarixi əhəmiyyəti olan sənəd imzalanıb. Üzərində 22 ildir çalışılan Xəzər dənizin statusu ilə bağlı problem nəhayət ki, nəticə verib.

Ekspertlər bu hadisəni praktik inqilab və beynəlxalq hüquqa böyük töhfə kimi qiymətləndirir. Hazırki vəziyyətdə ölkələr Xəzər dənizinin statusu ilə bağlı, su hövzəsinin sərhədlərinin dəyişdirilməsi ilə əlaqəli hər hansı dəyişiklik etməsələr də, dənizin yeraltı sərvətini bölmək üçün danışıqlar aparılacağı, razılığa gəlinəcəyi bildirilib.