"Kommersant.az" xəbər verir ki, dünya səyahətinə çıxmaq istəyənlər bu xəbəri mütləq oxusunlar. Müxtəlif dünya ölkələrinin ən ləziz "fast food"larının siyahısını sizin üçün tərtib etmişik.
Argentina - "Choripan" - bu yemək yolüstü məkanlarda hazırlanır. Ədviyyatı çox olan bu ləzzətin qiyməti də çox münasibdir.
Avstraliya – "Vegemite"- bu daha çox səhər yeməyi kimi məşhurdur və tost çörəyinə çəkilərək pendirlə yeyilir.
Belçika – "Mitrailette" - çörəkarası ət və ya toyuqlu sendviçin xüsusi ədvaları olur.
Braziliya – "Bauru" - qızarmış çörək arasında pomidor, mozarella pendiri və gherkinsin birləşməsindən hazırlanan sendviç növüdür.
Çili – "Chacarero" - ət sevənlər üçün ən böyük ləzzətlərdən hesab olunan Cənubi Amerikanın yaşıl bibərləri, lobya dənələri və pomidorun xüsusi üsulla hazırlanmış qarışımından ibarət olan yeməyin qiyməti də münasib hesab olunur.
Kuba – "Medianoche" - jambon, turşu, rosto, İsveçrə pendirindən ibarət qızarma yemək də çox sevilənlər arasındadır.
Finlandiya – "Porilainen" - tərkibi qalın dilimli sosis, ketçup, xardal, mayonez, şirin soğan və turşudan ibarət yeməyin sandviç olub-olmadığı daim müzakirələrə səbəb olur.
Fransa – "Jambon-Beurre" - fransanın simvolu hesab olunan sendviç jambon və kərə yağının birləşiminin fransız baget çörəyində qovuşmasından əmələ gəlir.
İtaliya – "Paninos" - İtaliyanın klassikası hesab olunur. Təzə bişmiş çörək və ətin birləşməsidir.
Malayziya – "Roti John" - müxtəlif sous və tərəvəzlərdən ibarət yemək vegeterianlar üçündür.
Hollandiya – "Broodje Kroket" - dərin və qaynar yağda bişirilən ət yeməyidir.