"B. Gates"in verdiyi bütün proqnozlar özünü doğruldub.
"Kommersant.az" xəbər verir ki, "Microsoft" şirkətinin qurucusunun hələ 20 il bundan əvvəl verdiyi proqnozlar özünü doğruldub. Belə ki, biznesmenin hələ 1999-cu ildə yazdığı "Düşüncə sürətində iş" adlı kitabında gələcəklə bağlı verdiyi açıqlamaların demək olar ki, hər biri gerçək olub. Bu gerçəklikləri sizə kitabda yazıldığı kimi təqdim edirik:
1) İnsanlar harada olsalar da, kiçik bir cihazla işlərini, uçuşlarını idarə edəcək, xəbər oxuyacaq, valyuta bazarlarını izləyə biləcəklər;
2) Zamanınızın yetmədiyi bütün işləri həll edəcək e- assistantlar yaradılacaq;
3) İnternet şəbəkələri o səviyyədə inkişaf edəcək ki, bu vasitəylə hətta rəsmi görüşlər də keçiriləcək;
4) Tətil üçün yer rezerv etdikdə həmin bölgədə mövcud bütün kampaniya və endirimlər haqda məlumat ala biləcəksiniz;
5) Cihazlar maraqlarınızı analiz edib qarşınıza ona uyğun reklam çıxaracaq;