USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinli turistlərə xəbərdarlıq edilib

10.10.2018 İqtisadiyyat
0 0
Çinli turistlərə Rusiyada özlərini aparmaq qaydaları izah olunub.

"Kommersant.az" xəbər verir ki, 8 bənddən ibarət yaddaş vərəqində çinli qonaqlara çətin situasiyalara düşməmək üçün xüsusi izahatlar verilib.

İzahatlara əsasən, çinli turistlərə hər qarşılarına çıxan şəxsə gülümsəməmək və izdiham zamanı insanlara toxunmamaq tövsiyə olunur. Qaydalardan əsası isə restoranlarda menyu sifarişi ilə bağlıdır. Çinli qonaqlara yalnız özlərinə yemək sifarişi etməli olduqları bildirilir. Məsələ orasındadır ki, Çində xörək iri porsiyalarda stolun mərkəzinə qoyulur və hər kəs oradan sevdiyi təamı götürərək dadır.

Digər təlimat isə soyuq hava ilə bağlıdır. Belə ki, çinli turistlərə soyuq havada qarnıaçıq gəzməmək tövsiyə olunub. Çünki bu, Rusiyada qəribə görsənə bilər. Turistlərə saat 23:00-dan sonra sakitliyə riayət etmək də tövsiyə olunub. Çinli qonaqlara eyni zamanda insanların icazəsi olmadan onların fotolarını çəkməmək, növbə mədəniyyətinə riayət etmək məsləhət görülür.