USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ferrari" ilə məktəbə getdiyinə görə boykot olundu

10.10.2018 İqtisadiyyat
0 0
Oğlunu məktəbə "Ferrari" ilə aparan çinli boykot olunub.

"Kommersant.az" xəbər verir ki, hadisə Çinin Çeçzyan əyalətində baş verib. Valideynlər və müəllim şagirdin atasına məktəbə daha ucuz avtomobillə gəlməyi tövsiyyə etsələr də, iş adamı bundan imtina edib. O pulu çətinliklə qazandığını və oğluna yalnız ən yaxşı olanları vermək istədiyini bildirib. Valideynlər isə sözündən dönməyən biznesmeni "WeChat"dakı qrupdan çıxarıblar.

Məlum olub ki, sözegedən valideyn Çin şirkətlərindən birində yüksək vəzifədə işləyir və onun illik gəliri 4 milyon yuandır.

İnsident Çin sosial şəbəkələrində geniş rezonans yaradaraq 30 000 şərh, 12 000 paylaşım qazanıb.