USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron siqaretlər qadağan olunur

10.10.2018 İqtisadiyyat
0 0
Honkonqda elektron siqaretlər qadağan olunacaq.

"Kommersant.az" xəbər verir ki, bölgə administrasiyası elektron siqaretlərin istehsalı, satışı və yayılması ilə bağlı qanunvericiliyə düzliş etməyə hazırlaşır. Honkonq administrasiyasının rəhbəri Keri Lam qanunverici şurada çıxışı zamanı bildirib ki, qanuna düzəliş valideynlərin, təhsil və tibb üzrə ekspertlərin rəyi nəzərə alınaraq həyata keçirilir:

"Bu, xüsusilə uşaqlar və yeniyetmələrin sağlamlığı baxımından uyğun addımdır. Son illər elektron siqaretlərin geniş şəkildə yayılması sağlamlıq üçün yeni risk və təhlükə yaradıb".