USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı

14.10.2018 İqtisadiyyat
0 0
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezerə müraciət ünvanlayıb.

"Kommersant.az" xəbər verir ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionu döyüşə çağırıb.

"İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox?

Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum", - Nurməhəmmədov deyib.