USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mançester Yunayted" satılır - QİYMƏT

15.10.2018 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı şahzadəsi "Mançester Yunayted"i ala bilər.

"Kommersant.az" xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman Əl Səud, "Mançester Yunayted"in rəhbərlərindən biri ola, yaxud klubu ala bilər. Şahzadənin varidatı 850 milyard funt-sterlinqdən də çoxdur. O, idman sahəsinə investisiya yatırmaqla da tanınır. Məhəmməd ibn Salman "Formula-1" yarışlarına da pul yatırıb.

Qeyd edək ki, "Mançester Yunayted"in hazırki rəhbərləri ABŞ-dan olan Avram və Coel Qleyzer qardaşlarıdır. Onlar 2005-ci ildən bu postdadırlar.