USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moskvaya gələn həftə qar yağacaq

19.10.2018 İqtisadiyyat
0 0
Moskvaya gələn həftə qar yağacağı gözlənilir.

"Kommersant.az" xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, oktyabrın 23-dən 24-nə keçən gecə şimal-qərbdən daxil olan hava kütləsi nəticəsində buludlu və yağıntılı hava müşahidə ediləcək. Temperaturun gecə -2-3 dərəcə, gündüz isə 5-10 dərəcə olacağı gözlənilir.

Həftə sonlarına doğru isə güclü qar yağacağı proqnozlaşdırılır. Oktyabrın son günlərində Moskvada və Rusiyanın Mərkəzi Federal Dairəsi üzrə regionlarda yerdə qar örtüyünün yaranacağı gözlənilir.