"Uber", yeməyin dronlarla çatdırılması xidməti açacaq.
"Kommersant.az" xəbər verir ki, xidmətin 2021-ci ildə fəaliyyətə başlayacağı planlaşdırılır. Layihə hələ ki, ilkin mərhələdədir.
Xatırladaq ki, "Uber" bu ilin mayında ABŞ-ın San-Dieqo şəhərində yemək çatdırılması nəzərdə tutulan dronların testini edib. "Uber"lə yanaşı sınaqda "Alphabet", "FedEx", "Intel" və "Qualcomm" da iştirak edib.
Qeyd edək ki, "Uber", 2019-cu ildə qısamüddətli iş axtarışı üçün xidmət istifadəyə verməyi planlaşdırır.