USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkətlər İranı tərk etməyə başlayır

13.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın İrana qarşı başlatdığı tədbirlər “nəticə” verir.

"Kommersant.az" xəbər verir ki, alman şirkəti olan "Wintershall" ABŞ sanksiyalarına görə İrandakı fəaliyyətini sonlandırıb. Belə ki, 5 noyabr tarixindən etibarən qüvvəyə minən sanksiyalar İranın iqtisadiyyatına zərbə vurmaqda davam edir.

Qeyd edək ki, ABŞ bu müddət ərzində Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə 6 aylıq zaman limiti ilə İrandan neft idxal etməyə icazə verib.

"Wintershall" isə İranı tərk edən ilk şirkət deyil. Ondan öncə fransız markası "Total" da ölkədəki fəaliyyətini sonlandırmışdı.