USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda korrupsiyaya görə iki nəfər edam olundu - FOTO

14.11.2018 İqtisadiyyat
0 0
İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunub.

İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.

Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib.

Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar.

Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində "dünyada korrupsiya yaymaqda" şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi.

  • Əvvəlki

    Milli Məclisin pərdəarxası görüntüləri - FOTO

Digər xəbərlər