USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

300 min dollarlıq cehiz, 450 min dollarlıq gəlinlik

15.11.2018 İqtisadiyyat
0 0
Çeçen milyonerin qardaşı qızı evlənib.

"Kommersant.az" xəbər verir ki, çeçen milyoneri Umar Cəbrayılovun qardaşı qızı, 22 yaşlı Ayna Cəbrayılova Moskvada "Louis Vuitton" və "Versace" brendlərinin malları ilə doldurulan 300 min dollar dəyərində 32 çamadan cehizlə ərə gedib. Ayna neft biznesi ilə məşğul olan 26 yaşlı çeçen Haydar Şəripovla ailə həyatı qurub.

Gəlini aparmaq üçün Moskva yaxınlığındakı elit qəsəbəyə 25 limuzin gəlib. Aynanın gəlinlik paltarını Livan dizayneri Zuxair Murad tikib. Daş-qaşlar isə Britaniyanın "Graff Diamonds" zərgərlik evindən alınıb.

Toyun ikinci günü Ayna Livanın "Elie Saab" brendinin paltarını geyinib. Deyilənə görə, hər iki gəlinlik donunun qiyməti 450 min dollardan bahadır. Moskvanın "Safisa" restoranında keçirilən toya 600 nəfərdən çox qonaq dəvət edilib.

  • Əvvəlki

    Azərbaycanın ən çox silah ixrac etdiyi ölkələr

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0