USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İclasdan qayıdan Putin yolüstü aptekə girdi - FOTO

16.11.2018 İqtisadiyyat
0 0
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib.

"Kommersant.az" xəbər verir ki, Prezidenti səhiyyə naziri Veronika Skvortsova və Peterburqun müvəqqəti qubernatoru Aleksandr Beqlov müşayiət edib.

Putin ilkin tibbi ehtiyac zamanı lazımi dərman vasitələrinin olub-olmaması və qiyməti ilə maraqlanmaq üçün aptekə gəldiyini bildirib. Əczaçı rayonun tarixi görünüşü səbəbindən burada aptekin olduğunu bildirən qırmızı xaç işarəsini qoya bilmədiklərindən şikayətlənib. Beqlov tezliklə məsələni yoluna qoyacağını söyləyib.

Prezidentin ətrafına toplanmış gənclərdən biri ona "Elə bildik, xəstələnmisiniz" deyib. Prezident isə cavabında "Yox, Allaha şükür" deyib.

  • Əvvəlki

    Bakıda evlər bahalaşmağa başlayıb - SƏBƏB

Digər xəbərlər