"Kommersant.az" xəbər verir ki, Avropa Birliyi büdcəyə düzəlişlər etməkdən imtina etdiyi üçün sanksiyalar çərçivəsində İtaliyanı cərimələyəcək. Cərimənin məbləği isə hələlik məlum deyil.
Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, İtaliyanın büdcə planı gələcəkdə ən çox ölkənin öz iqtisadiyyatına təsir göstərəcək.
Qeyd edək ki, İtaliya hökuməti AB-nin büdcə layihəsinə dəyişikliklər edilməsi ilə bağlı tələbini rədd edib.