USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank VTB" (Azərbaycan) premium kartları üzrə tarifləri endirib

03.12.2018 Bank
0 0
"Bank VTB" (Azərbaycan) fiziki şəxslər üçün premium kartlar üzrə xidmət haqqını 40% aşağı salıb.

"Kommersant.az" xəbər verir ki, indi "Visa Gold" kartı üzrə 3 illik xidmət haqqı 70 manatdan 45 manata, "Visa Platinum" kartı üzrə isə 140 manatdan 80 manatadək endirilib. Kartın əldə edilməsi üçün ilkin ödəniş tələb olunmur.

Bankın kart sahibləri VTB (Azərbaycan)-ın, eləcə də "NIKOIL Bank", "AzərTürk Bank" və "Bank of Baku" kimi tərəfdaş bankların bankomatlarından vəsaitlərini əlavə komissiyasız nağdılaşdıra bilər. Bundan başqa, ölkə xaricində - Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən də pul vəsaitlərini banklararası komissiyasız çıxarmaq mümkündür.