Dekabrın 3-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir.
"Kommersant.az" xəbər verir ki, bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda təşkilatın idarəetmə orqanlarının səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.
Qəbul edilən qərara əsasən, “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti üzvlərinin eyni tərkibdə səlahiyyət müddəti uzadılıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.