USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Embafinans” 1 mln. manat vəsait cəlb edib

04.12.2018 Bank
0 0
“Embafinans” BOKT-un istiqrazlarının emissiyasının ikinci tranşı tam həcmdə yerləşdirilib.

"Kommersant.az"-ın xəbərinə görə, 3 dekabr, 2018-ci il tarixində Bakı Fond Birjasında Embafinansın 1 milyon AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 000 AZN olmuşdur. 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon AZN olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon AZN təşkil etmişdir.

İldə 10,5% gəlir gətirən istiqrazların ödəmə tarixi 3 dekabr 2019-cu ildir.

Xatırladaq ki, bu, Embafinans istiqrazlarının emissiyasının ikinci tranşıdır. Buraxılışın 2 milyon manat məbləğində birinci tranşı cari ilin 8 oktyabr tarixində yerləşdirilmişdir. Beləliklə, emissiyanın ümumi həcmi 3 milyon manata çatıb. Birinci tranş çərçivəsində buraxılan istiqrazların artıq 90% təkrar bazarda satılıb.

Banker