USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Biz onu iki dəfə artıra bilərək, həm də bankın kapitalı eyni qaldığı halda”

04.12.2018 Bank
0 0
Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) öz portfelində infrastruktur layihələrin sayının artırılmasına yönəlib.

"Kommersantaz" xəbər verir ki, bu barədə bankın prezidenti Dmitri Pankin “İnterfax“a müsahibəsində məlumat verib.

“Azərbaycana həyata keçiriləcək səfərimin məqsədi ölkə rəhbərliyi ilə Bankın yeni strategiyasını müzakirə, ortamüddətli perspektiv üçün fəaliyyətimizdə prioritetləri müəyyən etməkdir. Səhmdarlarımıza müraciət etmək istədiyim əsas təklif – bankın layihə portfelində infrastruktur layihələrin sayının artırılmasıdır. Söhbət yol tikintisi, telekommunikasiya, energetika sektoru, təbiətin mühafizəsi, suyu təmizləmə, emal sənayesi və s. sahələrdə layihələrdən gedəcək. Əminəm ki, bu, bütövlükdə Bankın üzv ölkələri və xüsusilə də Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək”, – D.Pankin bildirib.

QTİB-nin prezidenti qeyd edib ki, bank mövcud olduğu regionda fəallığını mühüm dərəcədə artırırmağı planlaşdırır.

“Bank mənfəət gətirir, daxili prosedurlar hamısı işlənilib, lakin fəallıq səviyyəsi hələlik kifayət deyil. Hazırda layihə portfelimiz təqribən 1,2 mlrd. avro təşkil edir. Hesab edirəm ki, biz onu iki dəfə artıra bilərək, həm də bankın kapitalı eyni qaldığı halda”, – o vurğulayıb.

D.Pankinin sözlərinə görə, həmçinin QTİB OPEC-in Beynəlxalq İnkişaf Fondu (OFID) ilə Azərbaycanda əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır. “Bu yaxınlarda QTİB ilə OFID arasında birgə layihələrin reallaşdırılmasına dair saziş imzalanıb.Söhbət xüsusilə Azərbaycan da daxil olmaqla QTİB-ə üzv ölkələrdə layihələrin birgə maliyyələşdirilməsinə dair birgə fəaliyyəti nəzərdə tutan əməkdaşlıq üzrə çərçivə sazişindən gedir. Biz OFID ilə Azərbaycanda əməkdaşlıq imkanlarını maraqla nəzərdən keçirməyə hazırıq. Bu istiqamət üzrə reallaşdırılan layihələr kimi, Türkiyədə tibb mərkəzinin tikintisinin birgə maliyyələşdirilməsini misal çəkə bilərəm”, – D.Pankin qeyd edib.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.