Kommersant.az xəbər verir ki, Kapital Bankın səhmlərinin anderrayteri PAŞA Kapital investisiya şirkətidir. Emissiya Prospektinə istinadən xəbər verilir ki, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, sənədsiz adlı səhmlərdən ibarətdir. Səhmlər yerləşdirildikdən sonra "Kapital Bank"ın nizamanmə kapitalı təxminən 20 milyon manat artaraq 205 milyon 850 min manatdan 225 milyon 850 min manata yüksələcəkdir.
Bundan əvvəl də, səhmdarların 14 mart 2018-ci il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə Bankın nizamnamə kapitalı 20 milyon manat məbləğində artırılaraq 185 milyon 850 min manatdan 205 milyon 850 min manata qaldırılıb.