USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB”dən gəlirlərini davamlı artırmaq istəyənlərə təklif!

11.12.2018 Bank
0 0
“Bank BTB” gəlirlərini davamlı artırmaq istəyən müştərilərinə “Proqressiv” əmanət növünü təklif edir.

"Kommersant.az" xəbər verir ki, “Proqressiv” əmanət müştərilərə müddətin ¾ hissəsinədək istənilən vaxt əmanət məbləğini artırmaq imkanı verir. Bankın filial şəbəkəsində nağd ödənişlərin minimum məbləği 10 manat/dollardır. “Cash-in” aparatları və Bankın onlayn ödəmə səhifəsi vasitəsilə isə hesaba istənilən məbləğdə vəsait yatırmaq mümkündür.

3-24 ay müddətinə təklif olunan əmanətlər üzrə faizlər müştərinin istəyinə görə aylıq, rüblük və ya müddətin sonunda ödənilir. Müddətindən asılı olaraq faiz dərəcələri manat əmanətləri üzrə aylıq 4%-9,50%, rüblük 6%-10%, müddətin sonunda 5%-10,5% arası, dollar əmanətləri üzrə isə aylıq 1%-3%, rüblük 1,75%-3,25%, müddətin sonunda isə 1,50%-3,50% arası dəyişir.

Bundan başqa, Bank müştəriyə əmanətin təminatı ilə məbləğin 80%-dək kredit xətti ayıra bilər. Əmanətin minimum məbləğinə uyğun olaraq əmanətçilərə “Mastercard” və “VİSA” bank kartları pulsuz təqdim olunur.

Qeyd edək ki, əmanət növləri və Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.