USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Unibankdan Yeni il kampaniyası: kənd təsərrüfatı ilə məşğul olanlara böyük güzəşt!

14.12.2018 Bank
0 0
Unibank kiçik və orta sahibkarlar üçün çox sərfəli Yeni il kampaniyası keçirir. Dekabrın 30-dək Unibanka müraciət edən kənd təsərrüfatı ilə məşğul olan biznes sahibləri krediti güzəşt müddəti ilə, daha aşağı faizlə və 0% komissiya ilə əldə edəcəklər.

"Kommersant.az" xəbər verir ki, fermer götürdüyü kreditin əsas məbləğini verilən güzəşt müddəti ərzində - öz məhsulunu satandan sonra ödəmək imkanı qazanacaq.

“İndi al, olanda ödə” kampaniyası fermerlərə bir çox üstünlüklər verir:

- illik 5%-dən başlayan kredit;

- 9 ayadək güzəşt müddəti;

- komissiya 0%;

- 3 ayın faizləri hədiyyə.

Kampaniya 12 ay və daha artıq müddətə götürülən kreditlərə şamil olunur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar Unibank filiallarına müraciət edərək, sərfəli mikro kreditlər əldə edə bilərlər.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”;“Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.