USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Unibank filialları Yeni illə bağlı gücləndirilmiş iş rejiminə keçib

15.12.2018 Bank
0 0
İlin sonunadək Unibank filialları həftəsonu gücləndirilmiş iş rejimində işləyəcək. Məqsəd Yeni il öncəsi müştərilərin bank məhsul və xidmətlərinə artan tələbatını daha yüksək səviyyədə təmin etməkdir.

"Kommersant.az" xəbər verir ki, bəzi filiallar həftəsonu saat 15.00-dək, bəziləri isə tam iş qrafiki ilə (18.00-dək) müştərilərə xidmət edəcək.Ümumilikdə şənbə günləri Unibank filialarından 19-u müştərilərin xidmətindədir.

Saat 10:00-dan 18:00-dək xidmət göstərən filiallar:

-17 saylı (“Sahil”);

-“Əcəmi”;

-“Sumqayıt”;

- “Neftçilər”;

- “Gəncə”.

Saat 10.00-dan 15.00-dək xidmət göstərən filiallar:

-15 saylı filial (S.Vurğun bağı yaxınlığında);

- 13 saylı filial (“İnşaatçılar”);

-“Nərimanov” filialı;

-10 saylı filial (“Əhmədli”);

-19 saylı filial (“Bakıxanov”);

-“Mərdəkan”;

-“Xırdalan”;

- “Kəpəz”;

-“Şəmkir”;

-“Tovuz”;

-“Bərdə”;

-“Mingəçevir”;

-“Quba”;

-“Şəki”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.