Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qanunsuz lotereya təşkil edən “F Telecom” MMC-ni 8 min manat cərimələtdirib.
"Kommersant.az"-ın məlumatına görə, bu barədə Palatanın vətəndaş Fuad Salmanlının müraciətinə cavab məktubunda bildirilir.
Məlumata görə, "F Telekom" tənzimləyici qurumdan icazə almadan "Bakcell" və "Azerfon" MMC-lərlə birlkdə "Gizli rəqəm" adlı stimullaşdırıcı lotereya keçirib. MBNP-nin məsələyə müdaxiləsindən sonra lotereya dayandırılıb və Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə "F Telekom" İnzibati Xətalar Məcəlləsinin 429.3-cü maddəsi ilə təqsirli bilinib və 8 min manat cərimə edilib.
Qeyd edək ki, vətəndaş MBNP-yə bu il oktyabrın 17-də müraciət edib və son 4 ay ərzində mobil hesabından 16 manat çıxıldığı barədə şikayət edib. Amma qanunsuz lotereya barədə Palatanın əməkdaşları əvvəlcədən məlumatlı olub və sentyabrın 17-də məhkəməyə müraciət edib.