USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank banklara verdiyi borcu geri alır

18.12.2018 Bank
0 0
Mərkəzi Bankın banklara qarşı tələbləri (banklara verdiyi borc) azalmaqda davam edir.

“Kommersant.az” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, tələblər 2018-ci ilin Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda 14,6 milyon manat azalıb. Sentyabrın sonunda 409.3 milyon manat təşkil etmiş tələblər Oktyabrın sonunda 394.6 milyon manata düşüb.

2017-ci ilin sonunda Mərkəzi Bankın banklara qarşı tələbləri 507.6 milyon manat, 31 Oktyabr 2017-ci il tarixində isə 566.6 milyon manat idi. Beləliklə, ötən ilin sonu ilə müqayisədə tələblər 113 milyon manat, ötən ilin Oktyabr ayının sonu ilə müqayisədə isə 172 milyon manat azalıb.

2016-cı ilin sonunda Mərkəzi Bankın banklara qarşı tələbləri 1 milyard 695,5 milyon manat təşkil etmişdi. Ötən il Mərkəzi Bank banklara verdiyi borcun 1 milyard 187,9 milyon manatını geri alıb.