Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırıldı.
Palatadan "Kommersant.az"a verilən məlumata görə, "AtaSığorta" ASC-nin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun)106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə "AtaSığorta" ASC-ə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırıldı.