Dekabrın 19-da Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə “Bankçılıq Mükafatları-2018” adlı tədbir keçirib.
Tədbirdə banklarının nümayəndələri, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş təşkilatlar iştirak edib.
2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən, eləcə də yeni innovativ bank məhsulları təklif edən Bank Respublika, iştirak etdiyi hər 4 nominasiya üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb:
Korporativ sosial məsuliyyət
Ən fəal təhsil dəstəkçisi
Ən fəal maliyyə savadlığı dəstəkçisi
İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü
Bankdan verilən məlumata əsasən Bank yeni ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.