USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Access Bank" iki nominasiya üzrə mükafata layiq görülüb

20.12.2018 Bank
0 0
Azərbaycan Banklar Assosiasiyası (ABA) Access Bank-ı iki nominasiya üzrə mükafata layiq görüb.

Beləki, ABA-nınkeçirdiyi "Bankçılıq mükafatları - 2018" adlı tədbirdə Access Bank "Korporativ sosial məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi" nominasiyaları üzrə mükafatlandırılıb.

Mükafat AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilovaya təqdim olunub.

Bu il AccessBank-ın Korporativ sosial məsuliyyət siyasətinin ana xətti kimi təhsil sahəsinin müəyyən olunduğunu yada salan departament direktoru bildirib ki, bu baxımdan mükafatlar bankın siyasətinin effektiv olduğunu göstərir: "2018-ci il ərzində Korporativ sosial məsuliyyət siyasətimiz çərçivəsində reallaşdırdığımız layihələr, xüsusilə təhsilə göstərdiyimiz dəstək həm müştərilərimiz, həm kollektivimiz, həm də ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanıb. Sevindiricidir ki, Azərbaycan Banklar Assosiasiyası da fəaliyyətimizə yüksək qiymət verib".