0
0
Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur
"Kommersant.Az" xəbər verir ki, mayın 16-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 527 dollar və ya 6% ucuzlaşaraq 8253 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 846 dollar və ya 9,29% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 47 dollar və ya 6,3% ucuzlaşaraq 688 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 35 dollar və ya 5,1% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma WAX-da(9,24%), ən çox ucuzlaşma isə Mithril-də(24,49%) müşahidə olunub.