USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Amrahbank" mükafata layiq görüldü

24.12.2018 Bank
0 0
"Amrahbank" ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Bankçılıq mükafatları-2018” tədbirində iki nominasiya üzrə, o cümlədən “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə mükafatlarta layiq görüldü.

"Kommersant.az" xəbər verir ki, mükafat ”Amrahbank”ın Biznesin İnkişafı Departamentinin Direktoru Şəfiqə Hacıyevaya təqdim edildi. Ş. Hacıyevanın sözlərinə görə "Artıq ikinci ildir ki, Amrahbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən eyni nominasiyalar üzrə mükafatlara layiq görülür. Bankımızın korporativ sosial məsuliyyət tədbirləri, o cümlədən ictimaiyyətdə mövcud problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaq, eləcə də təhsil dəstəkçisi olaraq gənclərin gələcək karyeralarında uğurlarının əldə edilməsi üçün Bankın peşəkar əməkdaşları tərəfindən təlimlərin keçirilməsi, müxtəlif təcrübə proqramlarının təşkili, müştərilərimiz, əməkdaşlarımız, strateji tərəfdaşlarımız, səhmdarlarımız ümumilikdə cəmiyyət qarşısında “Amrahbank”ın daşıdığı vəzifələrin əksidir. Biz daşıdığımız korporativ vəzifə və məsuliyyəti dərk edirik və bunları gerçəkləşdirmək, deyilənlərə əməl etmək işinə də sadiqik”.