USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BirBank“Millinet” mükafatı alıb

24.12.2018 Bank
0 0
"Kapital Bank"ın BirBank mobil tətbiqi Azərbaycan İnternet forumunun təsis etdiyi “Millinet”mükafatına layiq görülüb. BirBank ölkənin“Elektron hökumət və maliyyə-bank mobil tətbiqi” nominasiyasında ən yaxşı mobil tətbiq seçilib.

"Kommersant.az" xəbər verir ki, “Millinet”Milli İnternet Mükafatı 2009-cu ildən etibarən hər il Azərbaycan internet məkanında korporativ, ictimai-sosial, media və informasiya saytları, bloqlar və mobil tətbiqlər arasında ən yaxşılarını müəyyən edir.

Qeyd edək ki, BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçiAppStore vəPlayStore-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.