VTB (Azərbaycan) Yeni il ərəfəsində keçirdiyi aksiya çərçivəsində debet kartı əldə edən müştərilərə bir sıra bank xidmətləri üzrə əlavə endirim və bonuslar təqdim edir.
"Kommersant.az" xəbər verir ki, indi VisaGold və Visa Platinum premium kartlarını 3 il müddətinə əldə edən müştərilər fərdi bank seyflərinin icarəsi üzrə 30%, “Onlayn hüquqşünas” məhsulu üzrə isə10% endirim qazanır. Visa Classic, Visa Gold və Visa Platinum kartlarını rəsmiləşdirdikdə SMS-xəbərdarlıq xidməti 3 ay müddətinə pulsuz təqdim olunur. Aksiya 31 yanvar 2019-cu il tarixinədək davam edəcək.
«Biz hər il bayram ərəfəsində müştərilərimiz üçün müxtəlif aksiyalar həyata keçiririk. Bu dəfə biz onlara yüksək tələbat olan xidmətlərdən endirimlə istifadə etmək imkanı veririk. Əminəm ki, bu bonuslar onlar üçün xoş hədiyyə olacaq”- deyə, bank VTB (Azərbaycan)-ın Metodologiya və məhsulların hazırlanması şöbəsinin müdiri Kamila Şahbazova bildirib.