USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Beynəlxalq Bankına sədr təyin olundu - FOTO

25.12.2018 Bank
0 0
Azərbaycan Beynəlxalq Bankı (ABB) Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Bu barədə ABB-dən bildirilib.

Dekabrın 25-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb. 2018-ci ilin martından bu vəzifəni müvəqqəti icra edən Abbas İbrahimov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.