“Bank BTB” 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar əhalinin bank xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə xüsusi rejimdə fəaliyyət göstərəcək.
Bayram günlərində bankın “Sahil”, “İnşaatçılar”, “28 May”, “Gənclik-1” və “Gənclik-2” şöbələrində əhaliyə depozit qəbulu, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və bu kimi digər xidmətlər göstəriləcək. Aşağıdakı cədvəldə adları qeyd olunan şöbələrin iş rejimi ilə tanış ola bilərsiniz:
Bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.